Aprelin 21-i saat 22:00-dan aprelin 22-i saat 10:00-dək və aprelin 22-i saat 22:00-dan aprel 23-ü saat 10:00-dək "Azəriqaz" İstehsalat Birliyinin Qəza Çağrı Xidməti şöbəsinin istifadəsində olan serverlərdə texniki-profilaktiki işlər görülməsi ilə əlaqədar ödəniş sistemləri işləməyəcək, eləcə də 104/185 qısa yığım nömrələrinə zənglər daxil olmayacaq.
Lent.az xəbər verir ki, aprelin 21-dək balansında kifayət qədər kubmetr qaz olmayan abonentlər mütləq qaydada smart-kartlarına yükləmə etsinlər.
Əgər qaz təchizatı ilə bağlı hər hansı bir problem yaranarsa, vətəndaşlar Çağrı Mərkəzinin 077 3 104 104 "Whatsapp" nömrəsi və azeriqaz.az saytının onlayn çat bölümü vasitəsilə müraciətlərini ünvanlaya bilərlər. Ünvanlanan bütün müraciətlərə mütləq qaydada Çağrı Mərkəzinin əməkdaşları tərəfindən geri dönüş olunacaq.