"Azəriqaz"ın növbəti görüş Samuxda KEÇİRİLƏCƏK
03 yanvar 2023 15:25 (UTC +04:00)

"Azəriqaz"ın növbəti görüş Samuxda KEÇİRİLƏCƏK

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Qurumdan Lent.az-a verilən məlumata görə, "Azəriqaz" KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Samux rayonunda görüşü təşkil olunacaq.

Aksiya Samux şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında (YAP-ın inzibati binasının qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 6-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Fidan İlqar

Oxşar yazılar