SOCAR "Azəriqaz” İstehsalat Birliyində media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək.
Lent.az xəbər verir ki, “Azəriqaz”ın inzibati binasında növbəti “Açıq qapı” aksiyası may 26-sı saat 11:00-da başlayacaq.
Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.