"Azercell"dən Türkiyədəki abunəçilərinə dəstək!
06 fevral 2023 16:21 (UTC +04:00)

"Azercell"dən Türkiyədəki abunəçilərinə dəstək!

Lider mobil operator Türkiyədə səfərdə olan abunəçilərinin balansını təmənnasız şəkildə artırıb.

Türkiyədə baş vermiş yeraltı təkanlarla əlaqədar olaraq “Azercell Telekom” MMC bu ölkədə olan abunəçilərinin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansını təmənnasız şəkildə artırıb. Şirkət hazırda Türkiyədə rouminq xidmətlərindən istifadə edən həm fakturalı, həm də fakturasız xətt abunəçilərinin balansına vəsait yükləyib.

"Azercell" bu fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir.

"Azercell" Əlaqə Mərkəzinə edilən zənglər pulsuzdur! Əlaqə üçün: +994506565000\

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin qaynar xətti:

+90 532 577 61 68

#TürkiyəSəninləyik

# 1665
avatar

Oxşar yazılar