Azərbaycanlı milyarder daha da  varlandı
03 yanvar 2024 18:57 (UTC +04:00)

Azərbaycanlı milyarder daha da varlandı

“Bloomberg”in dərc etdiyi Bloomberg Billionaires Index (BBI) reytinqinə əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ildə 50,012 milyard dollar artıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu indeks, digərləri ilə yanaşı, milyarderlərin səhmlərinə sahib olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Ümumilikdə BBI reytinqinə dünyanın 500 ən varlı adamı daxildir, onlardan 25-i Rusiya vətəndaşıdır. Rusiyadan olan iş adamlarının ümumi sərvəti 328,53 milyard dollar təşkil edib.

“Lukoyl” neft şirkətinin təsisçisi Vahid Ələkbərov daha çox varlanıb – 9,29 milyard dollar, sərvəti 24,7 milyard dollara yüksəlib.

“Eurochem” (əsas istehsal aktivləri Rusiya, Belçika, Litva və Çində yerləşən beynəlxalq kimya şirkətidir-red.) və Sibir Kömür Enerji Şirkətinin Andrey Melniçenko 5,67 milyard dollar (sərvəti 17,2 milyard dollara qədər artıb), Rusiya, ABŞ və Avropa ölkələrində aktivləri olan beynəlxalq polad şirkəti Direktorlar Şurasının sədri Vladimir Lisin isə il ərzində 4,08 milyard dollar (xalis sərvəti 23,9 milyard dollar) varlanıb.

Rusiyalı milyarderlər arasında 2023-cü ildə vəsaitlərinin bir hissəsini itirənlər də olub. BBI-nin məlumatına görə, il ərzində ən böyük itkilər “Akrona”nın əsas səhmdarı Vyaçeslav Kantorda qeydə alınıb, o, 0,149 milyard dollar itirib və onun sərvəti 6,21 milyarda qədər azalıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 39573
avatar

Oxşar yazılar