Xəbər verdiyimiz kimi, Azərbaycanda bəzi siqaretlərin satışı dayandırılıb və yaxud da bahalaşıb.
Lent.az məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi halların baş verməsi qanunaziddir:
"Bununla əlaqədar bildiririk ki, qeyri-obyektiv səbəbdən bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədilə istehsal həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədə çıxarılması halları antiinhisar qanunvericiliyinə zidddir.
Qanunvericiliyin pozulmasına dair konkret faktlar olduğu təqdirdə istehlakçılar və sahibkarlar 195-1 çağrı mərkəzi, elektron poçt ([email protected]) və
rəsmi internet səhifəsi (https://competition.qov.azlazlpage/muraciet/erize-sikayet-teklif) vasitəsi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər.
Bazada antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunduğu təqdirdə qanuna müvafiq tədbirlər görüləcək".