Həftənin son “Açıq mikrofon” aksiyası Füzuli rayonunda baş tutub.
Lent.az-a SOCAR “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, vətəndaşlar qaz təsərrüfatı ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq üçün mikrofon önünə keçiblər.
Ünvanlanan müraciətlər əsasən qaz xəttinin yerinin dəyişdirilməsi, qaz sayğacının əvəzlənməsi, fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub.
“Səyyar qəbul otağı”nın imkanlarından yararlanan vətəndaşların ünvanladığı sualları Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin məsul şəxsləri cavablandırılıb.