Ötən ay bu məhsullar ucuzlaşıb
12 avqust 2020 15:21 (UTC +04:00)

Ötən ay bu məhsullar ucuzlaşıb

İyul ayında daha çox hansı məhsulların ucuzlaşdığı açıqlanıb.

Lent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, yoqurtun, xamanın, brınza pendirinin, limonun, bananın, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, üzümün, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, yerkökünün, soğanın, kartofun, təzə göbələyin, şəkər tozunun, təbii balın, spirtli içkilərin, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun ətinin, dondurulmuş balığın, kəsmiyin, yumurtanın, süfrə marqarininin, almanın, kivinin, göyərtinin, sarımsağın, mərcinin və tütün məmulatlarının qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2020-ci ilin iyul ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin iyul ayına nisbətən isə müvafiq olaraq 101,3 və 101,1 faiz təşkil edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3922
avatar

Aygün İbrahimli

Oxşar yazılar