İnternetə tətbiq olunan məhdudiyyət nə vaxt tam aradan qaldırılacaq? - RƏSMİ CAVAB
12 noyabr 2020 10:09 (UTC +04:00)

İnternetə tətbiq olunan məhdudiyyət nə vaxt tam aradan qaldırılacaq? - RƏSMİ CAVAB

Dünən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Azərbaycanda internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyətin, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla noyabrın 12-də aradan götürülməsi barədə məlumat yayıb.

Ancaq sosial şəbəkə istifadəçiləri bildiriblər ki, internetlə bağlı məhdudiyyətlər hələ də davam edir.

Lent.az-ın mövzu ilə əlaqədar sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova bildirib ki, Azərbaycanda internetə tətbiq olunan məhdudiyyətin aradan qaldırılması ilə bağlı proses artıq başlayıb:

“Bununla bağlı problem yoxdur və məhdudiyyət gün ərzində tamamilə aradan qaldırılacaq”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sentyabrın 27-dən Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1117
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar