Bakıda daha bir körpünün tikintisi yekunlaşdı - FOTO
01 dekabr 2020 09:40 (UTC +04:00)

Bakıda daha bir körpünün tikintisi yekunlaşdı - FOTO

0

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi aparılaraq yekunlaşdırılıb.

Bu barədə Lent.az-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. O bildirib ki, yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edir.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2394

Oxşar yazılar