170 evə qaz  VERİLDİ
26 dekabr 2022 17:43 (UTC +04:00)

170 evə qaz VERİLDİ

Görülən işlər çərçivəsində 170 fərdi yaşayış evinin qaz təchizatı şəbəkəsinə çıxışı təmin edilib.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, Biləsuvar şəhərinin Pərvin Əliyev küçəsi və RTS-PMK adlanan yaşayış massivlərində məskunlaşmış vətəndaşların qaz təchizatı şəbəkəsinə əlçatanlığının təmin edilməsi məqsədi ilə yeni çəkilmiş qaz xətlərinə mavi yanacaq verilib.

Proqram çərçivəsində 13000 metrə yaxın müxtəlif diametrli polad borularla yerüstü qaz xətləri çəkilib, 2 ədəd qaztənzimləyici və 28 ədəd siyirtmə quraşdırılıb. Bununla da qeyd edilən ərazilərdə mövcud olan 170 fərdi yaşayış evinin qaz təchizatı şəbəkəsinə çıxışı tam təmin edilib. Açılış mərasimində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin və Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626
avatar

Fidan İlqar

Oxşar yazılar