
“Cəlilabad Şərab”ın səhmləri çatışa çıxarılıb
Bu barədə Lent.az –a ƏMDK-dən məlumat verilib. Müsabiqə üzrə ASC-nin səhmlərinin 99,97 faizi satışa çıxarılıb. Bunun 85 faizi standart paketli səhm, 14,97 faizi isə əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan səhmdir. Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İştirakçılar yeni üzüm sahələrinin salınması, üzümün ilkin emalının müasir səviyyədə təşkili, bütün texnoloji sahə məhsullarının keyfiyyətinə nəzarəti beynəlxalq səviyyədə həyata keçirmək məqsədilə müasir laboratoriya avadanlığının tətbiqi, məhsul çeşidinin artırılması, iş yerlərinin bərpası və işçilərin sosial təminatına dair təkliflərdən ibarət investisiya proqramını təqdim etməlidirlər. İddiaçılar investisiya təklifinin 5 faizi dəyərində bank zəmanətini, dövlət büdcəsinə 500 min manatın ödənilməsi haqqında təklifləri təqdim etməlidirlər.
Mübariz Aslanov
Mübariz Aslanov
Oxşar yazılar

"Azercell" Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!
22 iyul 2025 , 12:17
Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub
22 iyul 2025 , 11:09"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib
22 iyul 2025 , 10:10
“Nar” Daşkəsən festivalında iştirak etdi
22 iyul 2025 , 09:56
"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti” ilin ilk yarısında 1300-dən çox müraciət qəbul edib
21 iyul 2025 , 18:37
"Kapital Bank"ın dəstəyi ilə TəhsilPlus kartı ictimaiyyətə təqdim olundu
21 iyul 2025 , 17:16
“Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi
21 iyul 2025 , 15:45