Astara qaz-kompressor stansiyası açıldı
APA-nın məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev prezident İlham Əliyevə məlumat verib ki, Astara rayonundakı qaz-kompressor stansiyasının tikinti işləri uğurla başa çatdırılıb və Dövlət Komissiyası tərəfindən istismara qəbul edilib.
Stansiyada müasir avtomat sistemlər və avadanlıqdan istifadə etməklə giriş qazının təmizlənməsi, kompressorlarda iki pillədə sıxılması, sıxılmış qazın soyudulması, həcminin ölçülməsi və qazın magistral kəmərə vurulması üzrə bütün zəruri işlər görülüb.
Dövlət başçısı stansiyanın fəaliyyəti ilə yaxından tanış olub və müəssisəni işə salıb. Bildirilib ki, mövcud Astara qaz-kompressor stansiyası Naxçıvan Muxtar Respublikasının təbii qazla təchizatı məqsədilə 2005-ci ildə iki qaz-turbin mühərrikli kompressor və köməkçi avadanlıqla komplektləşdirilərək tikilib istismara verilib. Naxçıvan MR-in təbii qazla təchizatının daha etibarlı təmin edilməsi və Azərbaycanla İran arasında bağlanmış müqaviləyə uyğun olaraq, qonşu ölkəyə təbii qazın ixracı məqsədilə yeni kompressor stansiyasının tikilməsi qarşıya aktual vəzifə kimi qoyulub.
Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə 6 “10 QKNAM” markalı qaz mühərrikli kompressor aqreqatı quraşdırılmaqla mövcud kompressor stansiyası ilə birlikdə nəql edilən qazın gündəlik həcmi 3,5 milyon kubmetr səviyyəsinə çatdırılıb. İkinci mərhələdə isə kompressor aqreqatlarının sayını 10-dək artırmaqla hər iki kompressor stansiyasının gücünun 5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, tikinti işləri ARDNŞ-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Azəriqaz” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib. Stansiyada 108 nəfər daimi işlə təmin olunub. Stansiya ərazisində tikilən inzibati binada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, otaqlar müasir avadanlıqla təchiz olunub.
Dövlət başçısı görülmüş işlərdən razılığını bildirib, stansiyanın kollektivinə uğurlar arzulayıb.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30