AXA MBASK sığorta şirkəti beynəlxalq mükafata layiq görülüb - FOTO
15 aprel 2011 10:38 (UTC +04:00)

AXA MBASK sığorta şirkəti beynəlxalq mükafata layiq görülüb - FOTO

Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən dünyanın 32 ölkəsində, Xəzər-Qara dənizi və Baltik dənizi regionlarında fəaliyyət göstərən 1500 şirkətin top-menecerləri və orta səviyyə menecerləri (Xəzər İnteqrasiya İşgüzar Klubunun üzvləri və Caspian Energy beynəlxalq nəşriyyat evinin nəşrlərinin oxucu auditoriyası) arasında (7500 respondent) keçirilmiş sorğunun nəticələrinə görə, AXA MBASK “İlin Sığorta Şirkəti” mükafatına layiq görülüb.

Mükafatlandırılma mərasimində mükafatı alarkən, AXA MBASK SŞ-nin İdarə Heyətinin Sədrinin müavini Rəşad Abbasov bu etimada görə öz minnətdarlığını bildirib.

“Yeni “AXA MBASK” brendi altında bizim şirkət dinamik inkişaf etməkdə davam edir. Şirkət bundan sonra da müştərilərə xidmətin yüksək səviyyəsini qoruyub saxlayacaq və, şirkətin yeni şüarına müvafiq olaraq, “sığorta olunmaya yeni baxış” gətirmək üzərində işləyəcəkdir” – deyə R.Abbasov qeyd etdi.

Caspian Energy Integration Award-2011 mükafatı ilə təltif olunma mərasimi artıq yeddinci dəfədir ki keçirilir və o, öz ölkəsinin ərazisində istehsal və sosial fəaliyyət sahələrində daha fəal çalışan, habelə dünya bazarlarında öz fəaliyyətinin coğrafiyasını dinamik şəkildə genişləndirən şirkətlərin, təşkilatların və dövlət strukturlarının başçılarına təqdim edilir.

Qeyd etmək lazımdır ki, son iki ay ərzində bu artıq şirkətin ikinci mükafatıdır. Cari ilin mart ayında AXA MBASK Sığorta Şirkəti, iqtisadiyyat və biznes sahəsində “Azərbaycan bazarında beynəlxalq sığorta olunma təcrübəsinin tətbiq edilməsindəki payına” görə milli “UĞUR” mükafatını almışdı.

Xatırladaq ki, ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişmişdir. Şirkətin səhmlərinin nəzarət qovluğu (51%) AXA Group (Fransa) şirkəti tərəfindən, özünün törəmə şirkəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros-un (İspaniya) vasitəsilə, satın aılnıb.

AXA Group – maliyyə mühafizəsi sahəsində dünya lideridir, o öz fəaliyyətini bütün dünya üzrə 57 ölkədə, daha çox Avropa, Şimali Amerika, Asiya-Sakit okean regionunda və Yaxın Şərqdə cəmləşdirməklə, həyata keçirir.

Bu gün o, “gəlir” xanasında 90 milyard Avro ilə, habelə “mənfəət” xanasında 3,5 milyard Avro ilə, dünyanın ən iri sığorta şirkətlərinin reytinqində birinci sətirdə durur və maliyyə yatırımlarının sığorta olunması sahəsində liderlərdən biridir. 2011-ci ilin əvvəlinə olan vəziyyət üçün, şirkətdə 210 min nəfərdən artıq əməkdaş çalışırdı, müştərilərin sayı isə bütün dünya üzrə 96 milyona çatırdı. 2009-cu ilin yekunlarına görə, nüfuzlu AM Best maliyyə agentliyinin mülahizəsinə əsasən, xalis mükafatların həcminə görə AXA dünyada ən iri sığortaçı olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1265

Oxşar yazılar