Azərbaycanda müasir çörəkbişirmə avadanlıqları təqdim olunub
Azərbaycanda çörək istehsalı ilə məşğul olan sahibkarları müasir texnologiyalarla tanış etmək, eləcə də yeni texnologiyaların tətbiq olunması prosesini sürətləndirmək məqsədilə aprelin 11-də Çexiyanın "Dvorak - engineering" şirkətinin nümayəndələrinin iştirakı ilə müasir standartlara cavab verən çörək istehsalı avadanlıqlarının təqdimatı keçirilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təqdimat Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə baş tutub.
"Dvorak-engineering" şirkətinin rəhbəri Yaroslav Dvorakın təqdimatında şirkətin müasir texnologiyaların tətbiqinə əsaslanan çörək və un məmulatları istehsal edən avadanlıqları, onların əsas texniki-iqtisadi göstəriciləri (proseslərin tam avtomatlaşdırılması, asan idarə olunma, enerjiyə qənaət, səmərəlilik, keyfiyyətlilik, ekoloji, sanitar-gigiyenik və s.) haqqında sahibkarlara ətraflı məlumat verilmiş, onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Azərbaycanda müasir standartlara cavab verən çörək istehsalı müəssisələrinin yaradılması üzrə sahibkarlıq subyektləri tərəfindən təqdim edilmiş illik istehsal gücü 89,8 min ton çörək istehsalı olan 8 investisiya layihəsinə Fond tərəfindən 6,3 mln. manat güzəştli kredit ayrılıb. Bu layihələrdən 4-ü Bakı şəhərində, 4-ü isə regionlarda həyata keçirilir.
Bu layihələrdən olan əsas hissəsi güzəştli kreditlər hesabına olmaqla Bakının Bakıxanov qəsəbəsi ərazisində yerləşən illik istehsal gücü 29,2 min ton çörək istehsalı olan "Sərham" MMC-nin yeni istehsal sahəsi istifadəyə verilib. İki müəssisədə avadanlıqların quraşdırılması prosesi başa çatmaq üzrədir. Digər 5 müəssisədə isə tikinti işləri aparılır.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30