Ölkəyə gətirilən avtomobillərin gömrük rüsumları və aksizləri dəyişməyəcək
“APA-ECONOMICS”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, artıq hər bir vətəndaş yerindəcə plakat və posterlər vasitəsilə ona lazım olan məlumatları əldə edə bilər. Gömrük ödənişləri POS-terminal vasitəsilə plastik kartlarla həyata keçirilir.
A.Əliyev bildirib ki, avtomobillərin rəsmiləşdirilməsində “vahid pəncərə” prinsipinin tətbiqi barədə müvafiq fərmana uyğun olaraq işlər də davam etdirilir: “Bu işlər may ayınadək yekunlaşmalıdır. Bu tədbirlər çərçivəsində DGK-nın Avtonəqliyyat Gömrük İdarəsinin yeni kompleksi də tikilir. “Vahid pəncərə” prinsipinin tətbiqi nəticəsində əsas dəyişiklik avtomobillərin qeydiyyatının asanlaşdırılması olacaq. Yəni “vahid pəncərə” prinsipində sənədlər bir yerə təqdim olunandan sonra bir yerdən də götürüləcək. Həm maşının sənədləri, həm də dövlət nişanı bir yerdən veriləcək».
A.Əliyevin sözlərinə görə, ölkəyə gətirilən avtomobillər üçün gömrük rüsumlarının və aksizlərinin aşağı salınması gözlənilmir. Səbəb kimi onsuz da ölkəyə çoxlu sayda avtomobillərin gətirilməsi göstərilir: “2003-cü ildə Gömrük Komitəsinin Tədris Mərkəzi tikiləndə biz şəhərdən bura 20 dəqiqəyə gəlirdik. Bu gün həmin məsafəni biz 55 dəqiqəyə gəldik. İndi təsəvvür edin ki, tariflər də düşsə, nə olacaq».
Avtomobillərin hazırda zəruri bir əşyaya çevrildiyini deyən komitə sədri tariflərlə bağlı vəziyyətin normal olduğunu qeyd edib: «Hər bir maşın sahibi dövlət büdcəsini də fikirləşməlidir».

Oxşar yazılar

"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55