İqtisadiyyata kredit qoyuluşu 10 faiz artıb
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artıb. Kredit qoyuluşlarının 509,4 milyon manatı (5,6 faizi) vaxtı keçmiş kreditlərin payına düşüb.
Mərkəzi Bankın hesablamalarına görə, kreditlərin 30 faizi və ya 2 milyard 748,3 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2 milyard 144,2 milyon manat (23,4 faiz) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 448,5 milyon manatı (4,9 faiz), sənaye və istehsalın payına isə 685,8 milyon manatı (7,5 faiz) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 979,7 milyon manatı və ya 10,7 faizi, kənd təsərrüfatı və emalına 439,8 milyon manatı və ya 4,8 faizi, inşaat və əmlak sahəsinə 647,6 milyon manat (7,1 faiz), digər sahələrə isə 43,5 milyon manatı və ya 0,5 faizi yönəldilib.
2011-ci il martın 1-nə kreditlərin 2 milyard 501,4 milyon manatı (27,3 faiz) qısamüddətli, 6 milyard 651,5 milyon manatı (72,7 faiz) isə uzunmüddətli kreditlər olub. Dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 941,3 milyon manat (43,1 faiz), özəl banklar tərəfindən 5 milyard 2,7 milyon manat (54,7 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 208,9 milyon manat (2,3 faiz) kredit qoyulub.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30