Ödəniş kartları üzrə fırıldaqçılığa qarşı necə mübarizə aparmalı?
Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının inkişafı və bu istiqamətdə risklərin idarə olunması məqsədilə “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən bankların nümayəndələri üçün “Ödəniş kartları üzrə fırıldaqçılığa qarşı mübarizə” mövzusunda seminar keçirilib.
Bankın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, seminarda “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən Sakit okeanı regionu, Mərkəzi Avropa, Yaxın Şərq və Afrika ölkələri üzrə Risklərin İdarəedilməsi departamentinin rəhbəri İnqo Noka və Cənub-Şərqi Avropa ölkələri üzrə Risk Meneceri Zan Jovanovski, həmçinin ölkədə fəaliyyət göstərən bankların, prosessinq təşkilatlarının və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Seminarda Visa Qlobal Ödəniş Sisteminin risk strategiyası, ödəniş kartları ilə fırıldaqçılıq hallarına qarşı təhlükəsizlik tədbirlərinin görülməsi, emissiya və ekvayrinq üzrə fırıldaqçılıq hallarının qarşısının alınması yolları, kart hesabı üzrə məlumatların təhlükəsizliyinini təmin edilməsi və risklərin qarşısının alınması proqramları, risk vasitələri və xidmətləri, Azərbaycanda ödəniş kartları bazarında yaranan risklərin planlaşdırılması haqqında ətraflı məlumat verilib.
Müzakirələr zamanı ödəniş kartı üzrə məlumatların oğurlanması, təsərrüfat subyektinin səlahiyyətsiz şəkildə kart üzrə məlumatlara daxil olması, yeni texnologiya və çatdırma sistemləri vasitəsilə fırıldaqçılığın qarşısının alınması kimi məsələlərə də toxunulub və bu istiqamətlərdə mövcud beynəlxalq təcrübə müzakirə olunub.

Oxşar yazılar

Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44
Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30