“Azərenerji” ödənişi 80 faizə çatdırdı
Fevral ayında Regional Elektrik Şəbəkələri (REŞ) üzrə ümumilikdə 567,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, daimi əhali istehlakçı qrupu üzrə isə istehlak 221,6 milyon kilovatsaata yaxındır.
Qeyd edək ki, cari ilin fevral ayında müəssisə üzrə ümumi ödəniş 79 faizdən artıq olub. Ümumi ödənişdə “Şirvan” Elektrik Şəbəkəsində (EŞ) ötən ayların debitor borcu da nəzərə alınmaqla, 100 faizdən yuxarı, 19 EŞ-də isə 90 faizdən yuxarı ğöstərici əldə edilmişdir. Ümumiyyətlə, ən yüksək göstərici “Şirvan” EŞ-də, ən aşağı isə “Sabirabad” EŞ-də qeydə alınıb. Bu şəbəkələrdə ümumi ödəniş müvafiq olaraq (ötən ayların debitor borcu nəzərə alınmaqla) 105,9 və 39,8 faiz olub. REŞ-lər üzrə isə ən yüksək göstərici “Şirvan” REŞ-də (88,2%), ən aşağı göstərici isə “İmişli” REŞ-də (62%) olub.
Bundan əlavə, fevral ayında daimi əhali istehlakçı qrupu üzrə ödəniş 80 faiz olub. Bu da ötən ilin müvafiq dövründən mütləq 15,2 faiz çoxdur. İstehlakçı qrupu üzrə ödənişdə 7 EŞ-də ötən ayların debitor borcu da nəzərə alınmaqla, 100 faizdən yuxarı, 15 EŞ-də isə 90 faizdən yuxarı nəticə qeydə alınıb. Ümumiyyətlə, bu istehlakçı qrupunda fevral ayında ən yüksək göstərici “Zərdab” EŞ-də (ötən ayların debitor borcu da nəzərə alınmaqla 103,3 %), ən aşağı isə “Sabirabad” EŞ-də (35,8%) olmuşdur. REŞ-lər üzrə isə ən yüksək göstərici “Gəncə” REŞ-də (93%), ən aşağı göstərici isə yenə də “İmişli” REŞ-də (58,2%) olub.
Yeri gəlmişkən, cari ilin 2 ayı ərzində müəssisə üzrə ümumilikdə 1 milyard 186 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib, ümumi ödəniş 76 faizə yaxın olub. Daimi əhali istehlakçı qrupunda isə istehlak 456,5 milyon kilovatsaata çatıb və bu da ötən ilin eyni dövründəki göstəricidən 16,4 milyon kilovatsaat azdır. Ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faizə yaxın artaraq 80 faiz olub. Cari ilin 2 aylıq yekununda ümumi ödənişə görə ən yüksək göstərici “Şirvan” EŞ-də, ən aşağı isə “Oğuz” EŞ-də qeydə alınıb. Bu müəssisələrdə ümumi ödəniş müvafiq olaraq (ötən ayların debitor borcu nəzərə alınmaqla) 101,5 və 41,1 faiz olub. REŞ-lər üzrə isə ən yüksək göstərici “Şirvan” REŞ-də (85,5%), ən aşağı göstərici isə “İmişli” REŞ-də (58,4%) olub. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə ən yüksək göstərici “Tərtər” EŞ-də (ötən ayların debitor borcu nəzərə alınmaqla 105,5%), ən aşağı isə “Sabirabad” EŞ-də (40,1%) qeydə alınıb. REŞ-lər üzrə isə ən yüksək göstərici “Gəncə” REŞ-də (94,3%), ən aşağı göstərici isə “İmişli” REŞ-də (62,1%) olub.

Oxşar yazılar
"Unibank" "Kəpəz" Futbol klubunun sponsoru oldu
22 iyul 2025 , 17:46
HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar
22 iyul 2025 , 15:48
Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi müəyyən olunub
22 iyul 2025 , 14:00
"Azercell" Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!
22 iyul 2025 , 12:17
Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub
22 iyul 2025 , 11:09"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib
22 iyul 2025 , 10:10
“Nar” Daşkəsən festivalında iştirak etdi
22 iyul 2025 , 09:56