Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaz əkin kampaniyası ilə əlaqədər müşavirə keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə yaxın illərdə paytaxt və ətraf qəsəbələrdə abadlıq və yaşıllaşdırma tədbirlərinin miqyasının əsaslı şəkildə artırılması, şəhərətrafı ərazilərdə meşə zolaqlarının salınması barədə verdiyi tapşırıqların icrası istiqamətində nazirliyin aidiyyəti struktur bölmələrinin qarşısında duran vəzifələr müəyyənləşdirilib və əməli fəaliyyətə başlanılması barədə göstərişlər verilib.
Yaz mövsümü ilə əlaqədər nazirlik tərəfindən istər dağlıq və dağətəyi bölgələrdə, istərsə də düzən ərazilərdə, o cümlədən Bakı və Bakı ətrafı ərazilərdə yeni meşə əkini və yaşıllıqların salınması işlərinə artıq başlanıb. 2011-ci ilin yanvar ayından etibarən Respublikanın regionlarında 393,5 hektar sahədə yeni meşə əkinləri salınıb, 1405 hektar sahədə meşə əkinlərinə xidmət, 1835 hektar sahədə isə suvarma işləri aparılıb, 8322 kiloqram əsas meşə əmələ gətirən cinslərdən ibarət toxum tədarük edilib. Bakı və Bakı ətrafı ərazilərdə isə 74,4 hektar sahədə 108 000 ədəd dekorativ ağac və kol bitkisi əkilib.
Nazirliyin tabeli qurumlarının tinglik sahələrdə hazırda 18082 min ədəd müxtəlif çeşiddə əkin materialları mövcuddur. Qeyd edək ki, mövcud əkin materialları nəinki yeni meşə əkinlərinin salınmasını, eyni zamanda Bakı və Bakı ətrafı ərazilərin yaşıllaşdırılmasına olan təlabatı tam şəkildə təmin edəcək. Müşavirədə cari il ərzində respublika ərazisində 10,5 min hektarda meşəbərpa tədbirlərinin aparılması, o cümlədən 3145 hektar sahədə yeni meşə əkinlərinin salınmasının nəzərdə tutulduğu bildirilib. O cümlədən Bakı və Bakı ətrafı ərazilərdə 1000 hektar sahədə yaşıllıqların salınması, 500 min paqonmetr uzunluğunda suvarma xətlərinin çəkilməsi və həmin əraziyə 1 milyondan çox ağacın əkilməsinin də proqnozlaşdırıldığı da nəzərə çatdırılıb.
Artıq respublikanın bütün bölgələrində yaz mövsümü ilə əlaqədər meşəsalma işlərinə başlanılmış və 800 min ədəddən çox müxtəlif cinsli ağac və kol bitkiləri əkilib. Hazırda yaz meşəsalma işləri intensiv olaraq davam etdirilir və 15 aprel tarixinədək sona çatdırılması nəzərdə tutulur.

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52