Turizm-informasiya nişanları təsdiqləndi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “AZS 565-2011” “Turizm-informasiya nişanları”, “AZS 582-2011” “Dəmir yolu üçün texniki qaydalar. Beton rels yolu üçün şpallar və dayaqlar. Hissə 1: Ümumi tələblər”, “AZS 583-2011” “Dəmir yolu üçün texniki qaydalar. Beton rels yolu üçün şpallar və dayaqlar. Hissə 2: Əvvəlcədən gərginləşdirilmiş tək bloklu şpallar”, “AZS 584” “Çoxqatlı qoruyucu şüşələr. Ümumi texniki şərtlər” dövlət standartlarını təsdiq edib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədrinin əmri ilə “RMQ 102-2010” dövlətlərarası standartlaşdırma üzrə tövsiyə Azərbaycan Respublikası ərazisində tətbiq edilib.
Sənədlərin tətbiq vaxtı 1 aprel 2011-ci il tarixindən müəyyən edilib.
“AZS 565-2011” “Turizm-informasiya nişanları” standartı turizm resurslarının (təbiət, sosial-mədəni obyektlər, o cümlədən turistlərin mənəvi tələbatlarını təmin edən və (və ya) onların səhhətinin bərpasına və möhkəmlənməsinə xidmət edən daşınmaz maddi tarix-mədəniyyət dəyərləri) və turizm sənayesi obyektlərinin (mehmanxanalar, turistlərin yerləşməsi üçün nəzərdə tutulmuş tikililər, nəqliyyat xidməti obyektləri, ictimai iaşə obyektləri, əyləncə obyektləri və vasitələri, idrak, sağlamlıq, işgüzar, idman və digər təyinatlı obyektlər) göstərilməsi üçün nəzərdə tutulmuş turizm-informasiya simvollarından ibarət informasiyanın daşıyıcısı olan turizm-informasiya nişanlarına şamil olunur.
“AZS 582-2011” “Dəmir yolu üçün texniki qaydalar. Beton rels yolu üçün şpallar və dayaqlar. Hissə 1: Ümumi tələblər” standartı beton şpal və dayaqlar üçün ümumi tələbləri əhatə edir. Sənəd əvvəlcədən sıxılmış mono-bloklu şpallar, iki bloklu dəmir beton, dəyişdirici və kəsişmə nöqtələri üçün əvvəlcədən dartılan dayaqlar, xüsusi elementlərlə əlaqədar istifadə edilir.
“AZS 583-2011” “Dəmir yolu üçün texniki qaydalar. Beton rels yolu üçün şpallar və dayaqlar. Hissə 2: Əvvəlcədən gərginləşdirilmiş tək bloklu şpallar” standartında əvvəlcədən dartılan tək bloklu şpalların layihələndirilməsi və istehsalı ilə bağlı əlavə texniki məlumatlar və nəzarət prosedurları göstərilir.
“AZS 584-2011” “Çoxqatlı qoruyucu şüşələr. Ümumi texniki şərtlər” standartı nəqliyyat vasitələrində, insan həyatı və maddi dəyərlərin qorunmasına ehtiyac olan inzibati, ictimai və yaşayış binalarında istifadə olunan və insan həyatının qorunmasının, eləcə də maddi dəyərlərin saxlanması və daşınması zamanı təhlükəsizliyin təmin edilməsi üçün nəzərdə tutulan çoxqatlı qoruyucu şüşələrə şamil edilir.
“RMQ 102-2010” dövlətlərarası standartlaşdırma üzrə tövsiyə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (MDB) tərəfindən hazırlanıb və təsdiq edilib.

792