“Sədərək” və “ArazAvia” ticarət obyektlərində yenilik
Bakı şəhərinin ən böyük ticarət mərkəzlərindən olan “Sədərək” və “ArazAvia” firmalarına məxsus ticarət obyektlərində sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərə müvafiq izahatların verilməsi və onlara vergi qanunvericiliyi ilə bağlı köməkliklərin göstərilməsi məqsədilə Bakı Şəhər Vergilər Departamentinin Vergi Ödəyicilərinə Xidmət Terminalları yaradılıb.
Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müraciət edən şəxslərə müvafiq xidmətlərin göstərilməsi məqsədilə terminallar bütün zəruri avadanlıqlarla təchiz olunmaqla, Bakı Şəhər Vergilər Departamentinin bir qrup əməkdaşı bu terminallara cəlb edilib.
Vergi ödəyicilərinə xidmət terminallarında sahibkarlıq fəaliyyətini ticarət mərkəzlərində həyata keçirən şəxslərə heç bir vergi orqanına getmədən vergi qanunvericiliyi, vergi öhdəlikləri və onların yerinə yetirilməsi müddətləri, həmçinin yeni sahibkarlıq fəaliyyətinə başlayan şəxslərə vergi ödəyicilərinin uçotu prosesləri barədə məlumatların verilməsi və eləcə də “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” ərizələrin qəbul edilməsi və onlara VÖEN verilməsi həyata keçirilir. Vergi orqanında uçota alınmaq üçün terminallara “fiziki şəxsin sahibkarlıq uçotu haqqında”" ərizə təqdim etmiş şəxslər bir gün ərzində vergi ödəyicisi kimi uçota alınır və onlara VÖEN verilir.
Son bir ay ərzində ticarət mərkəzlərində yaradılmış vergi ödəyicilərinə xidmət terminallarına sahibkarlıq fəaliyyəti ilə məşğul olan 900-ə yaxın şəxs müxtəlif məzmunlu məsələlərlə bağlı müraciət edib və vergi xidməti orqanı əməkdaşları tərəfindən onlara lazımi köməkliklər göstərilib. Müraciət edən şəxslərdən 700-ə yaxını vergi ödəyicisi kimi uçota alınaraq onlara VÖEN verilib.

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52