Vaşinqtonda Azərbaycan günləri keçirilir
Mərkəzi Bankdan Lent.az-a bildiriblər ki, mərasimində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar direktoru Teodor Ahlers çıxış edərək bildirib ki, Azərbaycan son illərdə çox sürətli inkişaf yolu keçərək orta gəlirli dövlətlər qrupuna daxil olub. İndi isə Azərbaycan qarşısında yeni perspektiv və çağırışlar durur: “Biz bu çağırışların düzgün həllində Azərbaycanın yanında olmağa hazırıq və son 18 ildə olduğu kimi bundan sonra da əməkdaşlığımızı artan xətt üzrə inkişaf etdirmək istəyirik. Azərbaycan təbii ehtiyatlarından əldə edilən gəlirlərin düzgün idarə edilməsi üzrə digər ölkələr üçün nümunə olacaq bir təcrübəyə malikdir və bu təcrübənin bölüşdürülməsi önəmlidir”.
Dünya Bankı ilə Azərbaycan arasındakı münasibətlərin inkişafında Azərbaycan günlərinin böyük rol oynayacağını qeyd edən Teodor Ahlers bildirib ki, DB əməkdaşlarının Azərbaycanın zəngin mədəniyyət irsi ilə tanışlığı ilə yanaşı keçirilən çoxsaylı ikitərəfli görüşlər əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına kömək edir.
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə Dünya Bankının Vaşinqton ofisində Azərbaycan günlərinin keçirilməsindən böyük şərəf və qürur hissi duyduğunu bildirərək qeyd edib ki, bu tədbir DB ilə Azərbaycan arasında mövcud olan məhsuldar əməkdaşlıq tarixində əlamətdar hadisədir.
Elman Rüstəmov Azərbaycanın iqtisadi inkişaf perspektivləri və DB ilə əməkdaşlıq strategiyasında danışıb. O qeyd edib ki, Dünya Bankının fəaliyyəti postkommunist düşərgəsi üçün strateji önəm daşıyır. Mərkəzi Bankın sədrinin sözlərinə görə, məhz iqtisadi transformasiyanın ilk illərində Dünya Bankının fəal dəstəyi keçid iqtisadiyyatına malik ölkələrdə bazar iqtisadiyyatının formalaşdırılması və inkişafı, habelə bazar mentalitetinin dərinləşməsinə kömək edib. 1992-ci ildən bəri DB ilə əməkdaşlıq nəticəsində Azərbaycan bütün istiqamətlərdə strateji dəstək alıb.
Elman Rüstəmov istehsalat infrastrukturunun modernləşdirilməsi, kiçik və orta biznes, yoxsulluğun azaldılması proqramı çərçivəsində Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın uğurla davam etdiyini qeyd edib. Qlobal iqtisadi böhranın dünya qarşısında yeni çağırışlar qoyduğunu deyən Mərkəzi Bankın sədri bildirib ki, məhz bu səbəbdən dayanıqlı inkişafın və qloballaşma məsələlərinin ideologiya və yanaşmaları artıq dəyişir. Dünya iqtisadi sisteminin stabil gələcəyi üçün fəal polemika və intellektual axtarışlar aparılır.
Açılış nitqindən sonra Elman Rüstəmov tədbir iştirakçılarını Azərbaycan mədəniyyətinin ən yaxşı nümunələri ilə tanış olmağa dəvət edib.
Elxan SALAHOV

Oxşar yazılar

"Azercell" gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib
23 iyul 2025 , 15:11"Unibank" "Kəpəz" Futbol klubunun sponsoru oldu
22 iyul 2025 , 17:46
HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar
22 iyul 2025 , 15:48
Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi müəyyən olunub
22 iyul 2025 , 14:00
"Azercell" Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!
22 iyul 2025 , 12:17
Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub
22 iyul 2025 , 11:09"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib
22 iyul 2025 , 10:10