Millət vəkili baş nazirə səsləndi
Hər il ölkə iqtisadiyyatına qoyulan investisiyaların 10-12 faizi mütləq kənd təsərrüfatı sahəsinə ayrılmalıdır.
Lent.az-ın məlumatına görə, millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında hökumətin illik hesabatına münasibət bildirərkən belə deyib. Ölkədə ərzaq təhlükəsizliyi məsələsinin ciddi xarakter aldığını deyən millət vəkilinin fikrincə, son zamanlar baş verən süni qiymət artımı və aqrar sektora ayrılan vəsaitlərin azlığı hökumətin qarşıya qoyduğu ərzaq təhlükəsizliyi məsələləri ilə tərsmütənasibdir. Onun sözlərinə görə, 2006-2011-ci illərdə Dövlət Neft Fondundan büdcəyə 20 milyard manat vəsait daxil olub və bu məbləğ büdcənin 30 faizini təşkil edir: “Mən bunun əleyhinə deyiləm. Sadəcə bu məsələ vergilər və digər büdcəni formalaşdıran orqanlarda arxayınlıq yarada bilər. Məni narahat edən odur ki, ölkədə ərzaq təhlükəsizliyi məsələsi prioritet olduğu halda, niyə aqrar sektora ayrılan vəsait bu qədər azdır?”
Vahid Əhmədov iclasda iştirak edən baş nazir Artur Rasizadəyə səslənərək bundan sonra büdcə vəsaitlərinin, o cümlədən investisiya xərclərinin bölüşdürülməsi zamanı aqrar sektora ciddi əhəmiyyət verilməsini xahiş edib. Onun sözlərinə görə, kənd yerlərində, xüsusilə də ölkənin şimal bölgəsində aqrar sektorda çalışanlara verilən gübrə və dərmanların keyfiyyətsiz olduğundan məhsul zay olur.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52