(R) Azərbaycan mebeli Ukraynada - FOTO
Sərgidə ən böyük – 200 m² -lıq stendi götürmüş Embawood, Ukrayna alıcılarına 2011-ci ilin yeni modellərini nümayiş etdirib. Şirkətin sərgidə fərqləndirici digər xüsusiyyətlərindən biri də 600-ə yaxın fəal iştirakçı cəlb etməklə keçirilmiş kampaniya oldu. Kampaniyada iştirak etmiş hər kəsə şirkət tərəfindən müxtəlif dəyərdə hədiyyələr, qadınlara isə ayrıca gül dəstələri təqdim edilmişdir. Kampaniya nəticələri Ukrayna alıcılarının Azərbaycan mebelini müsbət qiymətləndirdiklərini göstərdi.
Məlumat üçün bildirək ki, mart ayında Kiyevdə beş yeni Embawood mağazası fəaliyyətə başlamışdır. Ukrayna bazarına şirkət yeni logo ilə daxil olmuşdur. Loqonun Azərbaycan və şirkətin fəaliyyət göstərdiyi digər bazarlar üçün də yaxın bir neçə ay ərzində yenilənməsi gözlənilir.
Sərgi zamanı həmçinin, “Ukrayna Dizayn Günləri” adlı müsabiqə keçirilmişdir. Embawood şirkəti tərəfindən müsabiqəyə təqdim edilmiş Olivye Konsepti sərginin ən gözəl mebel konsepti kimi birinci yerə layiq görülmüş və diplomla təltif olunmuşdur.
Eyni zamanda 11 mart 2011-ci il tarixində sərgi çərçivəsində ənənəvi KİFF - Kiyev Beynəlxalq Mebel Forumu da öz işinə başlamışdır. İtaliya, Türkiyə, Ukrayna, Rusiya kimi ölkələri təmsil edən şirkətlərlə yanaşı forumun fəal iştirakçılarından biri də Embawood şirkəti olmuşdur. Şirkəti təmsil edən Embawood brend meneceri İlkin Manafov forum çərçivəsində keçirilmiş “Avropa və Asiya bazarları” adlı seminarda “Avropa və Asiya bazarlarının mebel araşdırması” adlı mövzuda təqdimat etmiş və Embawood şirkətinin bu istiqamətdə inkişaf strategiyası barədə məlumat vermişdir. Forumun yekununda Embawood, ekspertlər tərəfindən son iki ildə MDB ölkələrinin mebel şirkətləri arasında dinamik inkişaf edən şirkət kimi qəbul edilmişdir.
Qeyd edək ki, Ümumdünya Sərgi Sənayesi Asossiasiyası (UFİ), Avropanın Massimo Papiri, Paolo Portoghesi, Qarold V. Qresser kimi aparıcı dizaynerləri tərəfindən yüksək qiymətləndirilən bu forum biznesin inkişafı, satışın artırılması yolları, effektiv işgüzar əməkdaşlıq üsulları kimi mövzuları özündə birləşdirərək daim yeni ideyaların, kreativliyin və innovasiyaların mərkəzi olmuşdur.

Oxşar yazılar

"Azercell" gənclər üçün “DataMinds Bootcamp” proqramına start verib
23 iyul 2025 , 15:11"Unibank" "Kəpəz" Futbol klubunun sponsoru oldu
22 iyul 2025 , 17:46
HUAWEI Pura 80 Seriyası: Mobil foto çəkilişlərdə yeni imkanlar
22 iyul 2025 , 15:48
Jurnalistlər arasında keçirilən futbol çempionatının qalibi müəyyən olunub
22 iyul 2025 , 14:00
"Azercell" Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə bütün media nümayəndələrini təbrik edir!
22 iyul 2025 , 12:17
Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu Qazax-Tovuz iqtisadi rayonunda təşkil olunub
22 iyul 2025 , 11:09"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib
22 iyul 2025 , 10:10