AXA MBASK-dan “Client Care”
İri sığorta şirkətləri üçün, özlərinin sığorta şirkəti ilə qarşılıqlı fəaliyyətinin müxtəlif mərhələlərində operativ şəkildə, fərdiləşdirilmiş qaydada və vaxtında xidmət göstərilməsini tələb edən, çoxlu sayda müştərinin mövcud olması səciyyəvidir.
AXA MBASK Sığorta Şirkəti “Müştərilərə xidmət göstərilməsinə yeni yanaşma”nın inkişaf etdirilməsi çərçivəsində yeni “Client Care” xidmətini işə saldı.
Bundan sonra AXA MBASK-ın hər bir müştərisi, istənilən arzu,.təklif və şikayətlə xüsusi (012) 415 55 00 nömrəsinə müraciət edə və ya [email protected] ünvanına elektron məktub göndərə bilər və onun arzusu, təklifi və ya şikayəti 24 saat ərzində şirkətin mütəxəssisləri və rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərdən keçiriləcəkdir.
Bu xidmət özlüyündə müştərinin, sığorta hadisəsindən sonra, müştəri xidməti şöbəsinə, satış şöbəsinə və ya sığorta iddialarının tənzimlənməsi şöbəsinə müraciət etməsi prosedurunu əvəz etmir. Yeni xidmət, ilk növbədə, bu və ya digər səbəbdən şirkətdə xidmətin səviyyəsindən narazı qalan şəxslər üçün nəzərdə tutulmuşdur.
Bu hadisəni şərh edərək, İdarə Heyəti Sədrinin Müavini Rəşad Abbasov bildirdi ki, “bu addım onun üçün atılmışdır ki, müştərilərimiz özlərini müdafiə olunmuş hesab etsinlər, görsünlər ki, onlar həqiqətən güclü və etibarlı şirkətin qanadı altındadırlar”.
“Bu prosedurun əsas məqsədi – şirkətə daxil olan bütün şikayətlərə obyektiv şəkildə baxılmasını təmin etmək və qəbul edilən qərarlar haqqında müştəriləri vaxtında məlumatlandırmaqdır. Bizim servisin daha da təkmilləşdirilməsi üçün, müştərilərimizin şirkətlə əks əlaqə imkanına malik olmaları bizim üçün çox mühümdür. Biz, bütün müştərilərimizi dinləməyə hazırıq, təkliflərə və tənqidə açıqıq, biz hər bir müştərimizin rəyini yüksək qiymətləndiririk” – deyə R.Abbasov əlavə etdi.
Xatırladaq ki, ötən ilin oktyabr ayında MBASK Sığorta Şirkəti özünün əsas səhmdarını dəyişmişdir. Şirkətin səhmlərinin nəzarət zərfini (51%), özünün törəmə şirkəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros (İspaniya) şirkəti vasitəsilə, AXA Group (Fransa) şirkəti əldə etmişdir). 2010-cu ilin dekabr ayının 7-də MBASK-ın lisenziyası, şirkətin adının dəyişdirilməsi ilə əlaqədar, AXA MBASK-a dəyişdirilmişdir
AXA Group – maliyyə müdafiəsi sahəsində dünya lideridir. AXA Group öz fəaliyyətini, Avropa, Şimal Amerika və Asiya-Sakit okean regionunda daha çox cəmləşdirməklə, bütün dünya üzrə 57 ölkədə həyata keçirir.

788