2010-cu ildə “İpək yolu” ilə 51,7 milyon ton yük və 223,2 milyon sərnişin daşınıb
2010-cu il “İpək yolu” nəqliyyat dəhlizi üçün uğurlu il kimi yadda qalıb. Belə ki, ötən il ərzində bu sahədə bütün nəqliyyat növlərinin fəaliyyətində inkişaf müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, 2010-cu ildə dəhlizin Azərbaycana məxsus hissəsində 51,7 milyon ton və ya 2009-cu ildən 8,9 faiz çox yük, 223,2 milyon nəfər və ya 2009-cu ildən 7,9 faiz çox sərnişin daşınıb. Yüklərin 42,1 faizi avtomobil, 39,8 faizi dəmir yolu, 18,1 faizi dəniz nəqliyyatının payına düşmüş və daşımaların həcmi bütün nəqliyyat növlərində, o cümlədən avtomobil nəqliyyatında 7,8 faiz, dəmir yolu nəqliyyatında 6,9 faiz, dəniz nəqliyyatında isə 16,7 faiz çoxalıb.
Komitənin hesablamalarına görə, ötən il “İpək yolu” nəqliyyat dəhlizi vasitəsilə daşınmış yüklərin 30,9 faizini və ya 16,0 milyon tonunu tranzit yüklər təşkil edib. 2009-cu illə müqayisədə bu yüklərin həcmi 2,7 milyon ton və ya 20,2 faiz artıb. Yük daşımaları fəaliyyətindən 283,6 milyon manat, sərnişin daşınmasından isə 38,6 milyon manat gəlir əldə olunub. Bu, həmin sahədən əldə edilən gəlirlərin müvafiq olaraq, 16,2 və 13,3 faiz artması deməkdir.
Elxan SALAHOV

Oxşar yazılar

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52
"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
12 may 2025 , 17:11
"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
12 may 2025 , 15:55
Azərbaycan əhalisinin banklardakı əmanəti – Azalıb, yoxsa çoxalıb?
12 may 2025 , 11:10
Qarabağda belə təchizat sxemi yaradılacaq
11 may 2025 , 15:46
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
10 may 2025 , 12:40
Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
8 may 2025 , 18:49