ARDNŞ rəhbərliyində kadr dəyişikliyi
ARDNŞ-dan “APA-ECONOMICS”ə verilən məlumata görə, toplantıda çıxış edən R.Abdullayev son illər ARDNŞ-ın əldə etdiyi uğurlardan, qazandığı nailiyyətlərdən, həyata keçirdiyi sosial-iqtisadi, ekoloji layihələrdən danışıb, beynəlxalq və ölkədaxili arenada genişlənməkdə olan fəaliyyət istiqamətlərindən söz açıb. O, şirkətdə menecment işinin yüksək səviyyədə qurulduğunu və kadr potensialının get-gedə möhkəmləndiyini vurğulayıb.
R.Abdullayev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin bu ilin fevralın 16-da imzaladığı sərəncamı ilə ARDNŞ-ın sosial məsələlər üzrə vitse-prezidenti Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” ASC-nin sədri təyin edilib. R.Abdullayev bunu şirkətin kadrlarına bəslənilən yüksək etimadın təzahürü kimi qiymətləndirib.
Sonra ARDNŞ prezidenti prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bədəl Şamil oğlu Bədəlovun ARDNŞ-ın sosial məsələlər üzrə vitse-prezidenti təyin edildiyini bildirib. B.Bədəlov bundan əvvəl ARDNŞ Sosial İnkişaf İdarəsinin rəisi vəzifəsində çalışıb.
R.Abdullayev sosial proqramların ARDNŞ-da da daim diqqət mərkəzində olduğunu qeyd edib və bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı söz açıb. O, sosial sahədə qarşıda duran vəzifələrlə bağlı şirkətin yeni vitse-prezidenti B.Bədəlova konkret tapşırıqlarını verib.
R.Abdullayev Azərbaycan prezidentinin digər sərəncamı ilə şirkətin ekologiya üzrə vitse-prezidenti Soltan Əliyevin başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edildiyini bildirib.
Daha sonra ARDNŞ-da idarəçiliyin davamlı olaraq təkmilləşdirilməsi məsələlərinə toxunan R.Abdullayev idarəetmə mexanizminin çevikliyinin artırılması, bəzi hallarda yol verilən bürokratik maneələrin təcili olaraq aradan qaldırılması istiqamətində məqsədyönlü fəaliyyətin bundan sonra da davam edəcəyini söyləyib. ARDNŞ prezidenti bu istiqamətdə müvafiq strukturlar qarşısında duran vəzifələri müəyyənləşdirib.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16