“Unibank” daha bir kampaniyaya başladı
Bu gün “Unibank” Kommersiya Bankı ASC-də əmanətlərinin müddəti 12 ay və daha çox olan bütün müştərilər üçün “Hər kəsə hədiyyə” kampaniyası başlanıb. Lent.az-ın məlumatına görə, artıq bankın “Müddətli”, “Proqressiv” və “Yığım” əmanətləri üzrə bir il və ya daha çox müddətə vəsait yerləşdirən bütün müştəriləri, cari faiz dərəcələri üzrə əlavə 1% bonus alacaqlar.
Nəticədə Azərbaycan manatı və ABŞ dolları ilə müddətli depozitlər üzrə bankın maksimal faiz dərəcəsi illik 13 faizə, avro ilə yerləşdirilən yığım əmanətlərinə isə illik 7 faizə çatıb. Əvvəl də olduğu kimi, bütün əmanətçilər yerləşdirdikləri depozitin 90 faizi məbləğinə qədər imtiyazlı şərtlərlə kredit xəttindən istifadə edə biləcəklər. Əmanətlərin məbləğindən asılı olaraq, müştərilər həmçinin pulsuz “Visa” və “MasterCard” plastik kartlarını almaq hüququna malikdirlər.
Bundan əlavə, fevralın 17-dən “Unibank”da depozitlərin minimal məbləğinə tələblər əhəmiyyətli dərəcədə endirilib. Belə ki, “Müddətli” depoziti üzrə minimal məbləğ 500 AZN, USD və ya EUR, “Proqressiv” əmanətlər üzrə isə minimal hədd 200 AZN, USD və ya EUR-ya endirilib. “Yığım” əmanəti üzrə isə yeni şərtlər xüsusilə diqqətə layiqdir. Artıq 50 AZN, USD və ya EUR-ya sahib olan hər bir şəxs, bankın əmanətçisi olaraq vəsaitlərini bu əmanət vasitəsilə artırmağa bilər. Bu zaman əsas faiz dərəcəsinə bonus qismində 2 faizin ödənilməsi üçün mütləq şərt - hər ay əmanətin azı 10 AZN, USD və ya EUR artırılmasıdır.
“Bizim əmanətlər – ölkədə ən etibarlı maliyyə alətlərindən biridir. Əhali bank depozitlərinə məhz öz əmanətlərinin artırılması vasitəsi kimi baxdığından, biz fərdi əmanətçilərə əvvəlkindən 1 faiz daha çox təklif etməyə hazırıq”, - deyə “Unibank” ASC-nin İdarə Heyətinin sədr müavini Faiq Zeynalov bildirib. Onun sözlərinə görə, bu kampaniyada “Unibank”ın başlıca vəzifəsi təkcə vəsaitlərin cəlb edilməsi deyil, həm də onların sərfəli sərmayəsidir.
Xatırladaq ki, “Unibank” 2007-ci il iyulun 30-dan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür (ADIF). Son bir il ərzində Bankın fərdi əmanətlər portfelinin həcmi 25 faiz artaraq 118 milyon manata çatıb. Bu zaman depozitlərin sığortalanması şərtlərinə uyğun gələn əmanətçilərin sayı 20 min nəfərdən çox artıb.

847