Yanvarda 2,5 milyard manatlıq sənaye məhsulu istehsal olunub
2011-ci ilin ilk ayında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 2,5 milyard manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, bu ilin yanvar ayında istehsal olunmuş sənaye məhsulunun 74,4 faizi mədənçıxarma bölməsində, 19,1 faizi emal bölməsində, 5,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.
Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 9,4 faiz artıb, özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,6 faizini təşkil edib. Ümumi istehsalın 92,3 faizi sənaye mallarının (əmtəələrin), 7,7 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaradılıb. Ötən ay ərzində neft hasilatı 4,1 milyon ton, təbii qaz hasilatı isə 2,1 milyard kub-metr təşkil edib.
Elxan SALAHOV

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16