“Western Union”un təmsilçisi Qarabağda pulköçürmələrindən danışdı
“Əsas məqsədimiz bütün dünyada müştərilərimizə keyfiyyətli xidmət göstərməkdir. Bizim məqsədimiz hansısa diplomatik və ya siyasətə, hökumətlərarası münasibətlərə aid sahələrə nüfuz etməkdən ibarət deyil.”
Lent.az-ın məlumatına görə, “Western Union”un Şərqi Avropa və MDB ölkələri üzrə regional vitse-prezidenti Conatan Knaus təmsil etdiyi qurumun Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında pulköçürmə xidmətlərinə münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurum heç bir qeyri-qanuni xidmət göstərmir və “Western Union” hazırda Ermənistanda vətəndaşlarla əməkdaşlıq əlaqələrini bərpa etmək istiqamətində iş aparır.
“Yəqin, vaxt gəlib çatacaq ki, Ermənistanın Mərkəzi Bankı bizə Ermənistan ərazisində öz xidmətlərimizi göstərə bilmək üçün imkan yaradacaq. Azərbaycanın Mərkəzi Bankı ilə çox sığ əlaqəmiz var. Bizim bağladığımız müqavilələrə əsasən, dövlətin nəzarətində olan ərazilərdə xidmət göstəririk”- deyə, “Western Union”un nümayəndəsi əlavə edib.
Conatan Knaus “Western Union”un Qarabağda qanunsuz pulköçürmələrinə dair Azərbaycan Mərkəzi Bankının onlara xəbərdarlıq edib-etməməsinə konkret cavab verməyib. Onun sözlərinə görə, təmsil etdiyi qurumun Azərbaycan Mərkəzi Bankı ilə regionda və dünyada pulköçürmələrinə dair belə müzakirələr olub: “Şirkətimiz hər zaman əməkdaşlıq etdiyi ölkənin qanunvericiliyinə əməl edir, bu sahədə tənzimləyici qurumlarla sıx əməkdaşlıq edir. Yəni bu əməkdaşlığı yerli çərçivədə qanunauyğun şəkildə həyata keçirməyə çalışırıq. Yenə deyirəm, biz Azərbaycanda Mərkəzi Bankla yaxın əməkdaşlığa malikik və danışıqlar aparırıq ki, məhz Azərbaycan ərazisində öz xidmətlərimizi göstərək. Eyni zamanda Ermənistan ərazisində də bu xidmətləri göstərmək üçün Ermənistanın Mərkəzi Bankı ilə danışıqlar aparırıq”.
Elxan SALAHOV

689