“Aztelekom”un qiyməti 1 milyard dollardan çoxdur
“Əsas məqsədimiz 2020-2025-ci illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində gəlirlərin neft sektorundan əldə olunan gəlirlər səviyyəsinə çatması, gələcəkdə isə neft gəlirlərini üstələməsidir”.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bunu “RBK daily” qəzetinə müsahibəsində söyləyib.
Əli Abbasov “Aztelekom” və “Baktelekom” şirkətlərinin də özəlləşdiriləcəyini söyləyib: “Artıq 2011-ci ildə Açıq Səhmdar Cəmiyyət yaradılacaq və 2012-ci ildən biz səhmləri bazara çıxaracağıq. Sərmayəçilər ciddi və məsuliyyətli olmalıdırlar. Sərmayəçilər perspektivdə şəbəkə və xidmətlərin səviyyəsini bütün ölkə ərazisində eyni səviyyədə inkişaf etdirməli, hər hansı regionu, xüsusilə kənd yerlərini kənarda qoymamalıdırlar. Artıq bununla maraqlanan çoxlu sayda şirkətlər var. Rusiya şirkətləri də bu sıradadır”.
Əli Abbasov “Aztelekom”un qiymətini də açıqlayıb: “Hələ dəqiq söyləmək çətindir. Ancaq fikirləşirəm ki, “Aztelekom”un qiyməti 1 milyard dollardan az deyil”.

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29