Tikinti işləri bahalaşıb
2010-cu ildə tikinti işlərində qiymətlər əvvəlki ilə nisbətən 5,8 faiz artıb. Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, ötən il ərzində yerüstü tikililər bölməsində 6,0 faiz, yol tikintisində isə 2,9 faiz bahalaşma müşahidə edilib. İl ərzində yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 3,8 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 12,6 faiz artıb. Yaşayış evlərindən 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 3,0 faiz, 5 mərtəbəyə qədər evlərin tikintisi üzrə qiymətlər 6,9 faiz bahalaşıb. Sosial təyinatlı binalardan ümumtəhsil məktəblərinin tikintisi 13,2 faiz, inzibati binaların inşası üzrə qiymətlər isə 7,1 faiz artıb.
Komitədə bildirirlər ki, bu ilin yanvar ayında ölkənin tikinti kompleksində 432,0 milyon manat xərclənib. Bu isə ötən ilin yanvar ayında olduğundan 1,7 faiz çoxdur. İstifadə edilmiş vəsaitlərin 231,8 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 270,2 milyon manatı yerli mənbələrdən daxil olub, 55,3 faizi (238,9 milyon manatı) məhsul istehsalı obyektlərinin inşasına sərf olunub.
Yanvar ayında müxtəlif mənbələrdən ayrılmış vəsaitlər hesabına 82,1 min kvadratmetr yaşayış evlərinin tikintisi başa çatdırılaraq istifadəyə qəbul edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28