DGK və «BP-Azerbaijan» arasında protokollar imzalanıb
DGK-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, görüş zamanı A.Əliyev «Əsrin müqaviləsi», Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi layihələri xatırlayıb, Azərbaycanda neft sektorunun inkişafı naminə BP şirkətinin gördüyü işləri yüksək qiymətləndirib.
Azərbaycanda fəaliyyət göstərən ən iri neft şirkəti kimi BP ilə gömrük orqanları arasında mövcud əlaqələrə toxunan komitə sədri ölkənin neft strategiyasının reallaşması naminə gömrük orqanlarının da üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirildiyini, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin daha operativ sürətdə aparılmasını təmin etmək üçün ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib.
Qarşılıqlı əlaqədə fəaliyyət göstərməyin ümumi işə müsbət təsirindən danışan A.Əliyev bu gün imzalanacaq protokolların mövcud əməkdaşlıq münasibətlərinin daha da inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində R.Cavanşir «Əsrin müqaviləsi»ndən sonra ilkin neftin əldə olunması, bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsi yolunda bp şirkəti tərəfindən çox mühüm işlər görüldüyünü söyləyib, ötən illər ərzində DGK ilə birbaşa qurulan müsbət əlaqələrdən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib. Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna rolundan danışan R.Cavanşir gömrük sistemi ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu, uzun illərdən bəri mövcud olan bu işgüzar əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Daha sonra DGK ilə «BP-Azerbaijan» şirkəti arasında «İdxal və ixrac rüsumları və vergilər haqqında» protokolları imzalanıb.
Sənədləri DGK-nin sədrinin birinci müavini Səfər Mehdiyev və R.Cavanşir imzalayıblar.

Oxşar yazılar

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52
"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
12 may 2025 , 17:11
"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
12 may 2025 , 15:55
Azərbaycan əhalisinin banklardakı əmanəti – Azalıb, yoxsa çoxalıb?
12 may 2025 , 11:10
Qarabağda belə təchizat sxemi yaradılacaq
11 may 2025 , 15:46
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
10 may 2025 , 12:40
Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
8 may 2025 , 18:49