Ötən ay hər sakinə düşən ÜDM istehsalı orta hesabla 382,7 manat olub
14 fevral 2011 17:56 (UTC +04:00)

Ötən ay hər sakinə düşən ÜDM istehsalı orta hesabla 382,7 manat olub

Komitədən Lent.az-a bildiriblər ki, yanvar ayında Azərbaycanda 3,4 milyard manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib. Bu isə keçən ilin müvafiq dövrünün səviyyəsindən 0,8 faiz yüksəkdir. Əlavə dəyərin 63,2 faizi məhsul istehsalı sahələrində, 29,7 faizi xidmət sahələrində istehsal olunub, 7,1 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla ölkənin hər bir sakininə düşən ÜDM istehsalı 382,7 manat (479,9 dollar) olub. Əlavə dəyərin 41,0 faizi qeyri-neft sektorunda istehsal olunub və ötən ilin yanvarı ilə müqayisədə 6,6 faiz artıb.

2011-ci ilin yanvarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 2,5 milyard manatlıq, yaxud 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal ediblər. İqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 74,4 faizi mədənçıxarma bölməsində, 19,1 faizi emal bölməsində, 5,9 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.

Məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 3,7 faiz (neft hasilatında 3,8 faiz, qaz hasilatında 10,7 faiz) azalıb. Sənayenin emal bölməsində məhsul istehsalı 3,0 faiz, bölmənin məhsullarından qida məhsulları istehsalı 4,3 faiz, geyim istehsalı 2,3 dəfə, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 52,0 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar və tıxac istehsalı 87,4 faiz, kimya sənayesi məhsulları istehsalı 35,1 faiz, əczaçılıq məhsulları istehsalı 19,5 faiz, rezin və plasmas məmulatları istehsalı 17,5 faiz, digər qeyri-metal mineral məhsulların istehsalı 11,1 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 14,3 faiz, elektrik avadanlıqları istehsalı 5,0 dəfə, maşın və avadanlıqların istehsalı 3,2 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 47,4 dəfə artıb.

Sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1,9 faiz artıb, elektrik enerjisi istehsalı isə 0,6 faiz azalaraq 1,8 milyard kVt saat elektrik enerjisi istehsal edilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 0,5 faiz azalıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 763

Oxşar yazılar