MSŞT üzrə Çoxtərəfli Qrupun fəaliyyətinə qiymət verildi - FOTO
Lent.az-ın məlumatına görə, tədbirdə MSŞT Koalisiyası Şurasının əlaqələndiricisi Qubad İbadoğlu çıxış edərək Çoxtərəfli Qrupun yaranma zərurəti, Koalisiya təmsilçilərinin bu qurumdakı fəaliyyəti və nəzərdə tutulan işlərdən danışıb. O qeyd edib ki, Azərbaycan hökumətindən, mədən sənayesində çalışan şirkətlərdən və «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının üzvlərindən ibarət olan Çoxtərəfli Qrup 2010-cu il fevralın 4-də təsis edilib.
MHŞT-nın Beynəlxalq İdarə Heyətinin üzvü Sabit Bağırov isə qrupun bir illik fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. O, ÇQ-nin mahiyyəti və bu qurumun üzərinə düşən funksiyanın detallarından danışarkən Azərbaycanda şəffaflıq təşəbbüsünün inkişaf etməsi istiqamətində vətəndaş cəmiyyəti təmsilçilərinin fəallıq nümayiş etdirdiyini, beynəlxalq səviyyəli tədbirlərdə də QHT nümayəndələrinin müsbət mənada fərqləndiyini vurğulayıb. Sabit Bağırov deyib ki, MSHT Koalisiyası tərəfindən hazırlanmış “Neft Fondu Haqqında” qanunun layihəsi artıq Milli Məclisə təqdim olunub.
Tədbirdə ÇQ-nin bir illik fəaliyyəti ilə bağlı hökumət komissiyasının mövqeyini MSŞT Katibliyinin təmsilçisi Fərid Fərzəliyev ifadə edib. O, ÇQ-nin ötən biri ili əhatə edən fəaliyyətinin məhsuldar olduğunu, iclaslarda çoxsaylı təkliflər ətrafında ciddi müzakirələr aparıldığını deyib. Fərid Fərzəliyev Azərbaycanın MSŞT sahəsində lider ölkə statusunu itirməkdə olduğuna dair səslənən fikirlərlə razı olmadığını bildirib.
Dövlət Neft Şirkətinin təmsilçisi Ənvər Qasımov isə təmsil etdiyi qurumun şəffaflıq təşəbbüsünə münasibətindən danışıb, ARDNŞ-in fəaliyyəti barədə məlumatların açıq olduğunu deyib. Ənvər Qasımov MSŞT Koalisiyasının əsas tələblərindən olan fərdi hesabatlıqla da bağlı ARDNŞ-in mövqeyini açıqlayıb. O bildirib ki, neft hasilatı ilə məşğul olan bütün şirkətlər fərdi hesabatlığa keçərlərsə Dövlət Neft Şirkəti də bu sıraya qoşulmağa hazırdır.
Tədbirdə qeyd olunub ki, Azərbaycanda neft hasilatı ilə məşğul olan şirkətlərdən yalnız BP və “Statoil” fərdi hesabatlılıq tələbinə əməl edir. Bundan başqa, hesabat formalarının genişləndirilməsinin zəruriliyi də Koalisiya təmsilçiləri tərəfindən xüsusi vurğulanıb. Tədbirdə ÇQ-nin bütün gözləntiləri hələlik doğrultmadığına dair fikirlər də səsləndirilib. Koalisiya Şurasının üzvü Oqtay Gülalıyev ÇQ-nin MSŞT fəlsəfəsindən irəli gələn məsələlərə diqqəti artırmalı olduğunu qeyd edərək, fərdi hesabatlığın tətbiqinə dair işlərin sürətləndirilməsinin əhəmiyyətindən bəhs edib. “Biz 11 ildir şirkətlərin öz hesabatlarını fərdi şəkildə açıqlayacağını gözləyirik. Amma hələ də nəticə yoxdur. Çoxtərəfli Qrup MSŞT-yə dair üçtərəfli Memorandumda göstərilmiş prinsiplərin təmin olunması istiqamətində ciddi səy göstərməlidir” deyə, Oqtay Gülalıyev bildirib.
Elxan SALAHOV

1083