ARDNŞ yanvarda qaz təchizatı sisteminə verdiyi qazın həcmini açıqladı
2011-ci ilin yanvar ayında ARDNŞ hasil olunan qazdan ölkənin təbii qaz təchizatı sisteminə 863 milyon 733 min kubmetr “mavi yanacaq” verib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ay ərzində yeraltı qaz anbarlarından 550 milyon 804 min kubmetr “mavi yanacaq” götürülüb.
Bununla da yanvar ayında 1 milyard 414 milyon 537 min kubmetr qaz istifadə olunub. 2010-cu ilin yanvar ayı ilə müqayisədə bu göstərici 158,4 milyon kub metr çoxdur. Cari ilin yanvar ayında sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə 1 milyard 111 milyon 604 min kubmetr təbii qaz verilib.
Gürcüstana 76 milyon 487 min kubmetr, Rusiyaya 188 milyon 962 min kubmetr qaz ixrac olunub. Naxçıvan Muxtar Respublikasının qaz təminatı üçün isə İran İslam Respublikasına 37 milyon 484 min kubmetr “mavi yanacaq” ötürülüb.
ARDNŞ yanvar ayında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib.

676