Rusiyadan gələn qatarların qrafikində gecikmə yaranıb
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-ECONOMICS”ə verilən məlumata görə, “Rusiya Dəmir Yolları” ASC rəhbərliyinin qərarına əsasən, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə 2011-ci il 4 fevral tarixindən etibarən Şimali Qafqaz Dəmir Yolunun Dərbənd-Artezian mənzilində sərnişin və yük qatarlarının hərəkətinə axşam saat 18:00-dan səhər saat 06:00-dək məhdudiyyət qoyulub. Qərarın qəbul olunmasının əsas səbəbi son vaxtlar Şimali Qafqaz Dəmir Yolunda tez-tez neqativ halların qeydə alınması, Dərbənddə komendant saatının tətbiq olunmasıdır.
Məhdudiyyətin tətbiq olunması ilə əlaqədar Azərbaycana gələn Moskva-Bakı, Sankt-Peterburq-Bakı, Rostov-Bakı sərnişin qatarları Bakıya 11-11,5 saat, Kiyev-Bakı, Xarkov-Bakı, Tümen-Bakı sərnişin qatarları isə 2-2,5 saat gecikmə ilə gəlir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Bakıdan gedən sərnişin qatarları Bakı-sərnişin stansiyasından cədvələ uyğun yola düşür.

Oxşar yazılar

“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52
"Azercell"in təşəbbüsü ilə yaradılan “Qadın Dəstək Xətti”nə ilin ilk rübündə 500-dən çox müraciət daxil olub
12 may 2025 , 17:11
"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
12 may 2025 , 15:55
Azərbaycan əhalisinin banklardakı əmanəti – Azalıb, yoxsa çoxalıb?
12 may 2025 , 11:10
Qarabağda belə təchizat sxemi yaradılacaq
11 may 2025 , 15:46
“Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
10 may 2025 , 12:40
Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
8 may 2025 , 18:49