“KAROLİNA VALİANT”: Fəaliyyətimizi əvvəlki qaydada və daha yüksək templə davam etdiririk
Bu barədə “APA-ECONOMICS”ə açıqlamasında şirkətin baş meneceri Tural Mehdiyev bildirib.
Onun sözlərinə görə, ilk günlər bunun ötəri xarakter daşıdığını güman edərək və “yalan ayaq tutar, yeriməz” prinsipini əsas götürərək bu məlumatları o qədər də ciddiyə almayıblar: “Lakin bunun artıq kampaniya xarakteri aldığını görərək, susqunluğumuzu pozmaq qərarına gəldik”.
Şirkətin tarixçəsi və fəaliyyəti barədə məlumat verən T.Mehdiyev qeyd edib ki, “KAROLİNA VALİANT” Xəz Qalereyası Azərbaycanda artıq 5 ildir fəaliyyət göstərir və 2009-cu ildən etibarən Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzində fəaliyyətini davam etdirir: “Qalereyanın əsas fəaliyyət istiqaməti ölkəmizdə xəz satışının təşkil edilməsidir. 2010-cu ildə mağazanın sahəsi genişləndirildikdən sonra “KAROLİNA VALİANT” Qafqazın Ən Böyük Xəz Qalereyası adını qazandı. Fəaliyyətimizin son 3 ilində əməkdaşlarımız müxtəlif Avropa ölkələrində və Kanadada keçirilmiş sərgilərdə iştirak edib. Xəz qalereyamız 2009-cu ilin nəticələrinə görə “The First” mükafatına, ”İlin nümunəvi Xidməti” mükafatına, 2010-cu ildə “İlin Şirkəti” mükafatına layiq görülüb. 2010-cu ildə qalereyamız Azərbaycan KİV İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Bayrağı” mükafatı laureatı diplomu ilə təltif edilib”.
Baş menecerin dediyinə görə, bütün bunlar şirkətin əhaliyə göstərdiyi yüksək mədəni xidmət və təqdim etdiyi keyfiyyətli məhsullar sayəsində cəmiyyətdə böyük nüfuz qazanmasının göstəricisidir: “Çünki təqdim etdiyimiz məhsullar, bu yazılarda təqdim olunduğu kimi, Çin istehsalı deyil - Skandinaviya, Rusiya və Kanadadan alınmış xəzlər Yunanıstanın Kastoriya şəhərində “KAROLİNA VALİANT”ın fabrikində tikilir. Bunu təsdiq edən videogörüntülər dəfələrlə Azərbaycanın müxtəlif telekanallarında nümayiş etdirilib. İşgüzar nüfuzumuza xələl gətirən məlumatların həqiqətdən uzaq dezinformasiya olduğunu xalq artisti Aygün Kazımovanın mətbuatda dərc olunmuş təkzibi də sübut etdi. KİV nümayəndələrinin diqqətinə çatdırırıq ki, şirkətimiz yarandığı gündən mətbuata açıq olub. Bu səbəbdən fəaliyyətimiz barəsində hər hansı dəqiqləşdirilməmiş informasiyaların yayılması bizdə, sadəcə, təəssüf doğurur. Ən azı www.karolinavaliant.com internet səhifəmizdə yerləşdirilən əlaqə telefonları vasitəsilə barəmizdə yazılanlara dair mövqeyimizi öyrənmək olardı”.
T.Mehdiyev bütün bunlara baxmayaraq, şirkətin KİV-lə əməkdaşlığının yüksək səviyyədə davam edəcəyini bildirib: “Ölkənin müxtəlif telekanallarında təqdim etdiyimiz məhsullar və həyata keçirdiyimiz layihələr haqqında ətraflı məlumat verilir. Bu işi daha da genişləndirmək fikrindəyik. “KAROLİNA VALİANT” Xəz Qalereyası olaraq bəyan edirik ki, dövlətimizin və prezidentimizin biznes mühitinə, iş adamlarına göstərdiyi diqqət və qayğı sayəsində fəaliyyətimizi əvvəlki qaydada və daha yüksək templə davam etdiririk”.

2297