Elman Rüstəmov BVF-in nümayəndələri ilə görüşüb
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, görüşdə Azərbaycanda 2010-cu ilin iqtisadi yekunları və 2011-ci ilin prioritetləri müzakirə olunub. Həmçinin ölkədə makroiqtisadi vəziyyət və bank sektorunun mövcud durumu, Mərkəzi Bankın məzənnə siyasəti strategiyası da diqqət mərkəzində olub.
Missiya rəhbəri Nadim İlahi 2010-cu ildə Azərbaycanın müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasında Mərkəzi Bankın rolu ilə yanaşı ölkə iqtisadiyyatının diversifikasiyası məsələsinə də toxunub. Görüşdə BVF-nin Maddələr Sazişinin IV məsləhətləşmələr bəndi üzrə gözlənilən missiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Elman Rüstəmov 2010-cu ildə bank sektorunun inkişafı, Mərkəzi Bankın məzənnə siyasətinin orta və uzunmüddətli strategiyası, eləcə də maliyyə sabitliyinin gücləndirilməsi üçün görülmüş makroprudensial və nəzarət tədbirləri barədə qonağa ətraflı məlumat verib. Görüşdə həmçinin, banklarda risk menecmentin təkmilləşdirilməsi, bank sistemində konsolidasiya ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16