Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ölkəmizdə korrupsiyaya qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlərin həyata keçirildiyi qeyd edilib, bu sahədə RİTN tərəfindən görülən işlərdən, mövcud problemlərdən danışılıb. Korrupsiyaya qarşı mübarizə üzrə RİTN-in müəssisə və təşkilatlarında həyata keçirilən tədbirlərə baxmayaraq, mənfi halların da mövcud olduğu qeyd olunub.
Nazirliyin struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiyada rabitə birlik və müəssisələrində hüquqpozmalara şərait yaradan halların qarşısının alınması, qabaqlayıcı tədbirlərin görülməsi, müəssisələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi, abunəçilərin hüquqlarının qorunmasına diqqətin artırılması, sahibkar və özəl şirkətlərə azad rəqabət mühitinin yaradılması, əmək haqlarının vaxtında verilməsi və bir sıra həlli vacib məsələlər barədə çıxışlar və müzakirələr aparılıb.
Kollegiyaya yekun vuran nazir rabitə və informasiya texnologiyaları sektorunda korrupsiyaya qarşı mübarizədə səmərəliliyin artırılması məqsədi ilə vətəndaşlardan daxil olan müraciətlərə baxılması, operativliyin artırılması, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi, özəl müəssisələrə azad və münbit şəraitin yaradılması, sahə işçilərində antikorrupsiya mədəniyyətinin formalaşdırılması, “Qaynar xətt”in fəaliyyətinin və hüquqi maarifləndirmə işinin genişləndirilməsinin zəruriliyini vurğulayaraq, bununla bağlı müvafiq tapşırıqlar verib.

Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16