Dəmir yolunda yeni tariflərin tətbiqinə başlandı
Dəmir yolunda yeni tariflərin tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanıb. Belə ki, ölkə daxilində hərəkət edən sərnişin və elektrik qatarlarının yeni gedişhaqqı cədvəlləri bilet satışını həyata keçirən kassa zallarında asılıb, kassirlərlə izahat işləri aparılıb.
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, yeni tariflərin tətbiqi ilə bağlı Sərnişin Daşımaları Departamenti və digər müvafiq qurumlar tərəfindən yeni proqram təminatı hazırlanaraq avtomatlaşdırılmış bilet satışını həyata keçirən bilet kassalarında istifadəyə verilib. Onun sözlərinə görə, ölkə daxilində hərəkət edən sərnişin və elektrik qatarlarının yeni gediş haqqı tarifləri mətbuat vasitəsilə ictimaiyyətə çatdırılıb.
Nadir Əzməmmədov deyib ki, Tarif (qiymət) Şurasının yeni tarifləri ilə bağlı qərarının 5-ci bəndinə əsasən, bütün istiqamətlər üzrə dəyəri 4,0 manatdan yuxarı olan biletlər qatar yola düşməzdən 5 gün əvvəl alınarsa, biletlər sərnişin və ekspres qatarlarda 1.0 manat, sürət firma qatarlarında isə 2,0 manat aşağı qiymətə satılır. Bu səbəbdən vətəndaşlarımız qabaqcadan bilet almağa üstünlük verirlər.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52