QuestNet Ltd.-nin Azərbaycan nümayəndəliyi fəaliyyətə başladı
14 avqust 2009 17:30 (UTC +04:00)

QuestNet Ltd.-nin Azərbaycan nümayəndəliyi fəaliyyətə başladı

10 distribütorla müqavilə bağlayan şirkət yeni marketinq planı həyata keçirir

QuestNet Ltd. şirkəti elektron ticarət haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycanda fəaliyyətini tam bərpa edərək yeni formatda davam etdirir.

QuestNet şirkətinin marketinq strategiyası dünyada qəbul olunmuş internet üstündən birbaşa alıcıya eksklüziv məhsulların satışını həyata keçirməkdir. Şirkətin Azərbaycandakı nümayəndəliyinin təşkili ilə bağlı bütün zəruri qeydiyyat prosedurları başa çatdırılıb və Nümayəndəlik faktiki fəaliyyətə başlayıb. Bu barədə Lent.az-a “İntellekt Holdinq” Şirkətlər qrupunun direktoru, hüquqşünas Natiq Abdullayev verib. QuestNet Ltd. ilə bağlanmış müqaviləyə əsasən şirkətə ölkəmizdə hüquq və biznes məsləhətçisi xidmətini Natiq Abdullayev göstərir.

N.Abdullayevin verdiyi məlumata görə, şirkətin fəaliyyətinin keyfiyyətcə yeni formatda qurulması istiqamətində zəruri tədbirlər görülüb. "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununa və şəbəkə marketinqinin dünyada qəbul olunmuş tələblərinə uyğun olaraq şirkətin yeni marketinq planı hazırlanıb. Şirkətin məhsullarının və xidmətlərinin təşviqi və təbliği istiqamətində fəaliyyətini təşkil etmək üçün distribütorlarla müqavilələr bağlanıb. Hazırki vaxta 10 distribütorla müqavilə bağlanaraq onların fəaliyyətə başlamasına rəsmi icazə verilib. Bu vaxta qədər bir sıra şəxslər Şirkətin Azad Nümayəndələri qismində fəaliyyət göstərirdilər. Bundan sonra isə məhsul və xidmətlər distribütorlar vasitəsilə təşviq və təklif olunacaq ki, bu da şirkətin vahid marketinq planı əsasında həyata keçirilir. Distribütorların müəyyənləşdirilməsi zamanı çoxsaylı Azad Nümayəndələrlə iş aparılıb və nəticədə elektron ticarət haqqında ölkə qanunvericiliyini və şəbəkə marketinqi strategiyasını bilən şəxslər seçilib.

QuestNet Ltd.nin Azərbaycan Nümayəndəliyi şirkətin fəaliyyəti istiqamətlərini, marketinq planını əks etdirən təlimatlar hazırlayıb və bu şirkətin xidmətlərindən istifadə edən istehlakçıların maariflənməsi üçün zəruri tədbirləri görür.

"İstehlakçılarda yanlış təsəvvürlərinin aradan qaldırılması üçün bir daha qeyd olunur ki, bu şirkət elektron ticarət platformasında yalnız məhsul və xidmətlər təklif edir. Bura iş yeri deyil, şirkətin məhsullarını alan şəxslər onun işçisinə çevrilmirlər. Nümayəndəlik və ya distribütorlar da məhsulların satışı ilə məşğul olmurlar. Bizim vəzifəmiz şirkətin məhsullarının və xidmətlərinin təşviqinin qanunauyğun aparılmasının təşkili, distribütorların və Azad Nümayəndələrin şirkətin biznes qaydalarına və etik normalarına riyaət etməsinə nəzarət etməkdir. Gələcəkdə QuestNet şirkətinin Azərbaycanda təklif olunan məhsullarının və xidmətlərinin çeşidinin artırılması, elektron ticarət dövriyyəsinin genişləndirilməsi, İT və şəbəkə marketinqi sferasının inkişaf etdirilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, bu şirkətin xidmətlərindən istifadə etməklə Azad Nümayəndələr öz biznes planlarını qura, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyət Azərbaycan Respublikasında azad sahibkarlıq və elektron ticarət qaydalarını tənzimləyən qanunvericiliklə tənzimlənir. Bu sahədə də Nümayəndəlik vasitəsilə Şirkət tərəfindən treyninqlərin, maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır. Biz həmçinin, istehlakçıların hüquqlarının qorunmasına, hər bir alıcının və xidmət istifadəçisinin sifarişinə qanunauyğun yanaşılmasına salışırıq" - deyə, N.Abdullayev bildirib.
# 1670

Oxşar yazılar