Bakı aeroportunda yeni terminal tikiləcək
«APA-ECONOMICS»in xəbərinə görə, bu barədə məlumat «Arup» şirkətinin veb-saytında yerləşdirilib. Layihəyə əsasən, beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş yeni terminaldan ildə 3 mln. sərnişin yararlana biləcək. Terminalın ümumi sahəsi 53 min kv. metr təşkil edəcək.
Terminalın layihəsi həzırlanarkən sərnişinlər üçün hər növ rahatlığın yaradılması və onların uçuşqabağı stresinin minimuma endirilməsi də nəzərdə tutulub. Yeni terminalda ticarət mərkəzi və istirahət zonasının salınması da planlaşdırılır.
Eyni zamanda, layihəni hazırlayarkən «Arup» şirkəti Bakı şəhərinin seysmik zonada olmasını nəzərə alıb. Yeni terminal 8 hava yolunun terminala çıxışını təmin edəcək, həmçinin «Boeing-676» tipli avialayneri qəbul edə biləcək. Yeni terminalın inşasına 2011-ci ilin əvvəlində başlanacaq ki, terminalın 2013-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, yeni terminalın inşasının sifarişçisi «Azərbaycan Hava Yolları» QSC-dir (AZAL).

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52