“Bakıelektrikşəbəkə” 11 əməkdaşını işdən qovub
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında verilmiş tapşırıqlardan irəli gələn vəzifələrə dair “Bakıelektrikşəbəkə” ASC-də iclas keçirilib. İclasda “Bakıelektrikşəbəkə”nin struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Səhmdar Cəmiyyətdən Lent.az-a bildiriblər ki, “Bakıelektrikşəbəkə” ASC idarə heyətinin sədri Baba Rzayev çıxış edərək dövlət başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin mərkəzi və yerli strukturlarda abonentlərin haqlı narazılıqlarına səbəb olan mövcud mənfi halların aradan qaldırılması üçün ciddi tədbirlər görülməsi barədə göstərişlər verib.
İclasda bildirilib ki, abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, enerji istehlakçılarının şikayətləri üzrə operativ tədbirlərin görülməsi məqsədilə iş planı hazırlanıb. Həmçinin “Qaynar xətt”in təşkil edildiyi, mənfi hallarla bağlı olan şikayətlərə obyektiv baxılması və nöqsanlara yol vermiş hər bir əməkdaş barəsində qanunauyğun ölçü götürülməsi xüsusi vurğulanıb. Qeyd olunub ki, son bir ildə istehlakçıların şikayətləri əsasında əmək və xidmət intizamının pozulması hallarına yol vermiş 2 əməkdaş barəsində materiallar hüquq-mühafizə orqanlarına göndərilib, 11 nəfər tutduğu vəzifələrindən azad edilib, 184 əməkdaş barəsində əmək qanunvericiliyində nəzərdə tutulan digər intizam tənbehi tədbirləri görülüb.
Elxan SALAHOV

Oxşar yazılar

Qırmızı Ürəklər Fondu “Qurban payı” aksiyasına start verir
13 may 2025 , 13:52
"Azercell"in təcrübəsi Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
13 may 2025 , 11:27
“Global Finance” ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçdi!
13 may 2025 , 11:21
AL Market xidmət keyfiyyətini artırmaq üçün yenilənməyə davam edir
13 may 2025 , 10:17
1600 manatadək artırılan müavinət kimlərə ödənilir? - CAVAB
13 may 2025 , 10:14
Bakının bu ərazilərində qaz olmayacaq
13 may 2025 , 09:30
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atıb
12 may 2025 , 17:52