Bakı-Tbilisi-Qars dəmiryolu tikintisinin qrafiki pozulub
Azərbaycanın Nəqliyyat Nazirliyi isə Gürcüstan tərəfinin bu məlumatını təkzib edir
2011-ci ildə istifadəyə verilməli olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikinti qrafiki pozulub. Səbəb layihə üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin vaxtında ayrılmamasıdır.
Lent.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, layihənin reallaşması üçün lazım olan 420 milyon dollardan cəmi 334 milyon dolları ayrılıb. Tərəflər bunu həmçinin Gürcüstandakı qeyri-sabit siyasi vəziyyətlə əlaqələndirir.
Dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin çəkilməsinə məsul şəxs Bidzina Breqvadze də layihənin tikintisi üzrə qrafikin pozulduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu problemlərin bir müddət əvvəl Bakıda olarkən Azərbaycanın hökumət nümayəndələri ilə müzakirə edib. O, problemi bir neçə texniki məsələ ilə, o cümlədən Gürcüstandakı siyasi vəziyyətlə əlaqələndirib.
Nəqliyyat Nazirliyinin katibliyin rəhbəri Namiq Həsənov isə Lent.az-a açıqlamasında dəmir yol xəttinin tikintisi üzrə qrafikin pozulması barədə məlumatları təkzib edib. Onun sözlərinə görə, bir neçə dəfə layihənin maliyyələşməsində problemlərin olduğu söylənilsə də, bu, doğru deyil: “İstər maliyyələşmə məsələsində, istərsə də icra işlərində hansısa problem yoxdur. Azərbaycan hökuməti dəmir yolu xəttinin tikintisi üçün lazım olan dəstəyi verib və hazırda layihənin maliyyələşməsində heç bir problem yoxdur. Mən bunu Azərbaycanın rəsmi mövqeyi kimi deyirəm”.
Namiq Həsənov vurğulayıb ki, dəmir yolu xəttinin tikintisinin Gürcüstan ərazisindən keçən hissəsindəki ləngimələr nə maliyyə, nə də qonşu ölkədəki siyasi vəziyyətlə deyil, ərazinin təbii relyefinin mürəkkəbliyi ilə əlaqədardır: “Amma biz inanırıq ki, bu ləngimələr müvəqqəti haldır və sonrakı mərhələlərdə tikinti daha sürətlə gedəcək. Biz layihənin vaxtında başa çatacağını gözləyirik və belə də olacaq”.
Xatırladaq ki, dəmir yolu xəttinin Gürcüstan hissəsinin tikintisini Azərbaycanın “Azərinşaatservis” şirkəti həyata keçirir. Bu layihənin bu ölkə ərazisindən keçən hissəsinin inşasının dəyəri 80 milyon dollardır. Layihənin Türkiyə ərazisindəki 76 kilometrlik hissəsini isə Türkiyənin “Özgün Yapı Çeliklər” şirkəti həyata keçirir.
Elxan SALAHOV

883