Mətbuat katibini təhqir edən kanal rəhbəri HƏBS OLUNDU
19 avqust 2025 12:49 (UTC +04:00)

Mətbuat katibini təhqir edən kanal rəhbəri HƏBS OLUNDU

İnstaqramda özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən şəxs həbs edilib.

Lent.az xəbər verir ki, məhkəmənin qərarı ilə Səxavət Hüseynova inzibati qaydada 20 sutka həbs cəzası təyin edilib.

Qeyd olunur ki, Səxavət Hüseynov barəsində Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmmədin şikayəti əsasında Nəsimi Polis İdarəsində araşdırma aparılıb. R.Məmməd bu barədə sosial şəbəkədə paylaşım edərək özünü "Hülya" TV-nin rəhbəri kimi təqdim edən şəxsin onu təhqir etdiyini və bu barədə DİN-in “102” qaynar xəttinə şikayət etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar