Azərbaycanlıları qeydiyyata alan şəxsə cinayət işi açıldı
19 avqust 2025 12:30 (UTC +04:00)

Azərbaycanlıları qeydiyyata alan şəxsə cinayət işi açıldı

Rusiyanın Volqoqrad şəhər sakini 7 nəfər Özbəkistan və Azərbaycan Respublikası vətəndaşlarını məxsus olduğu evdə qeydiyyata alıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, lakin miqrantlar həmin evdə yaşamayıblar.

Hazırda müstəntiq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.3-cü maddəsi ilə cinayət işi açıb.

Kişini 5 ilə qədər həbs cəzası gözləyir. Həmçinin, miqrantlar barəsində dövlət orqanlarına yalan məlumat verməyə görə məsuliyyət daşımaqla vətəndaşların miqrasiya qeydiyyatından çıxarılması barədə qərar qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar