Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankișiyev Rusiya vətəndaşlığından məhrum edilib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Xankișiyev “etnoseparatizmin təbliğində” ittiham olunur. Ona Rusiyaya giriş qadağan edilib.
İlkin məlumata əsasən, Ural azərbaycanlılarının icma rəhbərinin pasportunu Rusiya Federal Təhlükəsizlik Xidməti ləğv edib. Rəsmi olaraq bu məlumat hələ təsdiqlənməyib.