Mübariz Mənsimov lüks binadan 8 ev aldı
Xüsusi layihə əsasında tikilən binadan ev alanların arasında Əziz İldırım da var
“Donald Trump” inşaat şirkətinin İstanbulda xüsusi layihə əsasında tikdirdiyi və satışa çıxardığı “Trump Towers” adlanan binasındakı mənzillərin ilk alıcıları Azərbaycan əsilli iş adamı, “Palmali” şirkətlər qrupunun prezdenti Mübariz Mənisimov və “Fənərbağça” futbol klubunun prezidenti Əziz İldırım olub.
Lent.az-ın Türkiyənin “DHA” xəbər agentliyinə istinadən yaydığı məlumata görə, bu lüks binada Mübariz Mənsimov 8 mənzil, Əziz İldırım isə bir mənzil alıb.
39 mərtəbə, 144 metr hündürlüyündə olan “Trump Towers” “Donald Trump” şirkətinin Avropada həyata keçirdiyi ilk layihədir. Bina iki ayrı qüllədən ibarətdir. Bu qüllələrdən biri iş mərkəzi, digəri yaşayış üçündür. Binada bütün xidmət növləri təşkil olunub.
Dünən “Trump Towers”i layihənin memarı Brigitte Veberlə birgə Türkiyənin nüfuzlu iş adamları gəziblər.
İş adamları Zafer Kurşun, Cihan Kamer, “Akbank” İdarə Heyətinin üzvü Bülent Adanır və digərləri binanın layihəsini çox bəyəniblər.
Binanın “Lounge” adlanan hissəsində 600 kv metrlik hissəsində zal, bar, kitabxana, yığıncaq otaqları, uşaqların oynamaları üçün yer və s. var. İş adamlarına burada ziyafət verilib.

Oxşar yazılar
“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08
Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44